Ufuk Turqaner: Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin yaradılması çox önəmlidir
Bakı, 7 oktyabr, AZƏRTAC
Bu gün Bakıda Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresinin açılışında iştirak etdim. Konqresdə Türk dünyasının elm adamları bir araya gəldi. Şimali Kiprdən də həkimlər konqresə qatılmışdı. Bu cür tədbirlər Türk dünyası üçün çox vacibdir. Digər sahələr kimi, səhiyyə sahəsində də əməkdaşlıqların qurulması baxımından belə tədbirləri çox önəmli hesab edirəm. Ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm. Əminəm ki, elm adamlarının təcrübələrini paylaşması öz ölkələrində qarşılaşdıqları xəstəliklərin müalicəsində mütləq şəkildə faydalı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner deyib. Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin yaradılmasının vacibliyini vurğulayan Ufuk Turqaner prosesin irəliləməsi üçün konkret addımlar atılmalı olduğunu diqqətə çatdırıb: “Bu cür dərnək və cəmiyyətlərin yaradılması Türk dünyası üçün çox önəmlidir. Bunların üzərində birlikdə işləməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]