UKRAYNA QOLODOMOR MƏSƏLƏSİNİ BMT-DƏ QALDIRACAQ
O xatırlatmışdır ki, XX əsrdə Ukraynanın başına gətirilən ən böyük faciənin bu il 73 ili tamam olur. Bu faciə milyonlarla ukraynalının həyatına son qoymuşdur.
Deşşitsa demişdir ki, indiyədək Polşa, Estoniya, ABŞ, Avstraliya, Argentina, İtaliya, Kanada, Litva, Gürcüstan parlamentləri Qolodomoru Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanıyan sənədlər qəbul etmişdir.
Onun sözlərinə görə, Ukrayna GUAM üzrə tərəfdaşları ilə birlikdə BMT Baş Məclisi 61-ci sessiyasının gündəliyinə “GUAM regionunda uzun sürən silahlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” barədə yeni bənd salınmasına çalışacaqdır. Bu məqsədlə GUAM ölkələri həmin məsələnin sessiyanın gündəliyinə daxil edilməsinə dair təkliflərin əsaslandırıldığı müvafiq memorandum hazırlamış və onu BMT baş katibinin ünvanına göndərmişlər. Ukrayna tərəfi bunu əsas tutur ki, bu təşəbbüsün həyata keçirilməsi beynəlxalq birliyin diqqətini Azərbaycan, Gürcüstan və Moldova ərazilərindəki “dondurulmuş” münaqişələrin həlli sahəsində səyləri gücləndirməyin zəruriliyinə cəlb etməyə imkan verəcəkdir.