UKRAYNA SİLAHLI QÜVVƏLƏRİNDƏ “SAĞLAMLIQ PASPORTU” TƏTBİQ EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrində tibbi təminat sisteminin optimallaşdırılması çərçivəsində hərbi qulluqçuların “sağlamlıq pasportu”nun tətbiq edilməsi planlaşdırılır.
Bu yenilik nəzarətin gücləndirilməsi, şəxsi heyətin fiziki və mənəvi qeydiyyatının optimallaşdırılması üçün nəzərdə tutulmuşdur. Sənəddə 3 əsas parametr - hərbi qulluqçunun döyüş hazırlığı, döyüş qabiliyyəti və funksional etibarlılığı müəyyən edilir. “Sağlamlıq pasport”larının tətbiqi elit hərbi ixtisaslara namizədlərin seçilməsi zamanı sağlamlığı dəqiq müəyyənləşdirməyə imkan verir.
Yeniliyin təşəbbüskarları bildirmişlər ki, birinci dərəcəli təyyarəçinin hazırlanmasına dövlət tərəfindən 25 milyon dollar vəsait və uzun illər sərf olunur. Onların fikrincə, bu cür təyyarəçinin karyerasının zirvəsində sağlamlığı ilə bağlı problemlər üzündən uçuşlardan aralanması təəssüf doğurur. Belə hallarda həmin problemləri vaxtında üzə çıxarmayan hərbi tibb işçilərinin də üzərinə müəyyən məsuliyyət düşür.
Hazırda Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların xəstəlik faktlarını gizlətməməyə və bu cür hərbi qulluqçuların hərbi xidmət keçməsinin perspektivləri və məqsədəuyğunluğu ilə əlaqədar sərt qərarlar qəbul etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]