Ukraynada güclü qar və şaxta fövqəladə vəziyyət yaradıb
Kiyev, 28 fevral, AZƏRTAC
Ukrayna ərazisində çovğun, güclü qar və şaxta ilə müşahidə olunan qeyri-sabit hava şəraiti ölkədə fövqəladə vəziyyət yaradıb.
AZƏRTAC xəbər verir ki, güclü qarın yağması və şaxtalı havaya görə Kiyev, Dnepr, Herson, Odessa daxil olmaqla 10-dan çox şəhərə iritonnajlı avtomobillərin girişinə qadağa qoyulub. Odessa vilayətində avtomobillərin hərəkəti bütövlükdə dayandırılıb, orta məktəblər, bağçalar bağlanıb.
Aeroportlar gücləndirilmiş iş rejimində işləyir.
Son 2-3 gündə qeyri-sabit hava şəraiti ilə bağlı Ukraynanın 200-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev