Ukraynada prezident seçkiləri ilə bağlı sənəd qəbulu başa çatıb
Kiyev, 3 fevral, AZƏRTAC
Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması məqsədilə sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün nəzərdə tutulan vaxt bu gün başa çatıb. Bu barədə AZƏRTAC-a Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, namizədlərin qeydə alınması prosesi fevralın 8-də başa çatacaq. Artıq 28 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Prezidentliyə namizəd olmaq istəyən 74 nəfər sənədlərini MSK-ya təqdim edib.
Qeyd edək ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]