Ukraynada son sutkada 515 nəfər koronavirusa yoluxub
Kiyev, 9 may, AZƏRTAC
Ukraynada son sutkada 515 nəfər koronavirusa yoluxub ki, bu da ötən günlərlə müqayisədə artım deməkdir.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 14 min 710 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 15 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 375 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2909 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]