UKRAYNADAN AZƏRBAYCANA İDXAL OLUNAN QUŞ ƏTİNƏ MÜVƏQQƏTİ MƏHDUDİYYƏT QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, yanvarın 21-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə Beynəlxalq Epizootik Bürodan Ukraynanın Krım Muxtar Respublikasının Krasnoqvordeysk rayonunun Rovnoye kəndində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin aşkar edildiyi barədə məlumat daxil olmuşdur.
Bunu nəzərə alan qurum yanvarın 23-dən Ukraynadan ölkəmizə idxal olunan quş əti, quş əti məhsulları, yem, yem əlavələri və digər heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq etmişdir.
Dövlət Baytarlıq Xidməti xatırladır ki, ölkə ərazisində köçəri və çöl quşlarının ovlanması, satılması və ondan qida məhsulu kimi istifadəsinə qoyulmuş qadağa hələ də qüvvədədir. Hazırda respublikamızda quş qripi xəstəliyi ilə əlaqədar epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]