Ukraynanın xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinə başçılıq edir
Kiyev, 11 may (AZƏRTAC). Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko mayın 11 -də Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri vəzifəsinin icrasına başlamışdır.
Ukrayna sədrlik estafetini Türkiyədən 2011-ci ilin noyabrına qədər qəbul etmişdir, ondan sonra bu yeri Böyük Britaniya tutacaqdır.
Xəbərdə deyilir: “Demokratiya və insan hüquqları standartlarının formalaşması və müdafiəsi sahəsində Avropanın ən nüfuzlu təşkilatında aparıcı rol Avropa siyasi məkanında Ukraynanın mövqelərini əhəmiyyətli dərəcədə möhkəmlətməyə imkan verəcək, Prezident Viktor Yanukoviç tərəfindən bütün sahələrdə dövlət siyasətinin prioritetli məsələsi kimi müəyyən edilmiş Avropaya inteqrasiyanın uğur qazanmasına kömək edəcəkdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]