“Ultra” şirkəti “Heydər zirvəsi”nə yürüşdə iştirak etmişdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın İKT sahəsində çalışan “Ultra” şirkətinin nümayəndələri Macəra axtaran Telelayihəsi və Aktiv Media Extremal Klubunun təşkilatçılığı ilə Qafqazın ən uca “Heydər zirvəsi”nə yürüşdə iştirak etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yürüşün məqsədi ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə qalxmaq və ulu öndəri anmaq idi. Quba rayonunun Xınalıq kəndi yaxınlığında, dəniz səviyyəsindən 3 min 751 metr yüksəklikdə yerləşən zirvəyə yürüşə peşəkar bələdçilərin iştirakı ilə media nümayəndələri də qatılmışdılar.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüş artıq ənənəyə çevrilmişdir. Respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]