Ulu öndər Heydər Əliyev guşəsi açılmışdır
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya və İnformasiya Texnologiyaları və Rabitə idarələrinin yerləşdiyi inzibati binanın önündə ulu öndər Heydər Əliyev guşəsi açılmışdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları binanın foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə tər çiçəklər qoymuşlar. Tədbiri giriş sözü ilə açan Ekologiya İdarəsinin şöbə rəisi Füzuli Hacıyev diqqətə çatdırmışdır ki, müasir Azərbaycanın qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ekologiya İdarəsinin rəisi Azər Əliyev və başqaları çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin titanik fəaliyyətindən söz açmış, ölkəmizdə əldə edilən iqtisadi yüksəlişin təməlində ulu öndərin hazırlayıb həyata keçirdiyi yeni neft strategiyasının dayandığını vurğulamışlar.
Sonda Nizami rayonunun 32 nömrəli orta məktəbinin şagirdləri xalqımızın ümummilli liderinə həsr edilmiş şeirlərlə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]