Ulu öndər Heydər Əliyevin xatirəsi Bosniya və Herseqovinada da anılmışdır
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilmişdir.
Diplomatik nümayəndəliyimizdən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Bosniya və Herseqovina ictimaiyyətinin nümayəndələri, xarici siyasət idarəsinin rəsmiləri, Sarayevo şəhər meriyasının və Novi Qrad kantonunun məsul əməkdaşları, bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.
Azərbaycanın Bosniya və Herseqovinadakı müşaviri Yusif Vəzirov tədbir iştirakçılarına Azərbaycanın görkəmli oğlu, müdrik siyasi xadim Heydər Əliyevin həyatından, fəaliyyətindən, ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, hüquqi, demokratik, müasir dövlətin quruculuğunda, respublikamızda sabitliyin bərqərar olunmasındakı xilaskar rolundan və əvəzsiz xidmətlərindən bəhs etmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]