Ümrə ziyarəti üçün müraciətlərin qəbulu başlayır
Qahirə, 8 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi avqustun 9-dan etibarən Ümrə ziyarətinə gəlmək istəyən dindarların müraciətinin qəbuluna başlayır. Rəsmi SPA agentliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib ki, zəvvarlar İslam ayinlərini icra edəcək, habelə Məkkədəki Böyük Məscid və Mədinədəki Peyğəmbər məscidində namaz qılacaqlar.
Məlumatda bildirilib ki, yerli və əcnəbi zəvvarların müraciətləri internetdə yerləşdirilmiş “Eatmarna” və “Tavakkalna” tətbiqləri vasitəsilə həyata keçiriləcək. Bu il hər biri 60 min zəvvar olmaqla 8 qrup qəbul ediləcək və Ümrə ziyarətinə gələnlərin ümumi sayı hər ay 2 milyon nəfərə çatacaq. Nazir müavini Əbdülfəttah bin Süleyman Məşat jurnalistlərə müsahibəsində deyib ki, zəvvarların təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin uyğun nazirlikləri ilə birgə tədbirlər planı hazırlanıb.
Ümrə ziyarətinə gələcək əcnəbilər mütləq qaydada öz ölkələrində COVID-19 əleyhinə vaksinasiya sertifikatı təqdim etməli olacaqlar. Bu vaksinlər Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır. Siyahıda olan vaksinlərlə bağlı ətraflı məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]