Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycandakı nümayəndəliyi BDU-da maarifləndirici görüş keçirib



Bakı, 14 aprel, AZƏRTAC
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycandakı nümayəndəliyi Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə maarifləndirici görüş keçirib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, nadir, nəsli kəsilməkdə olan növlərin qorunmasına dair biliklərin artırılması olub.
Tədbirdə WWF-in Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Könül Əhmədova ölkəmizdə nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi sahəsində həyata keçirilən mühüm layihələr haqqında təqdimat edib. O, ceyranların təbiətə qaytarılması (reintroduksiya), eləcə də bəbirlərin və Qafqaz kəllərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [17:51]
Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
- 23.04.2025 [17:30]
BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər
- 23.04.2025 [17:25]
ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib
- 23.04.2025 [16:46]
BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib
- 23.04.2025 [16:24]
BDU komandası şahmat turnirinin qalibi olub
- 23.04.2025 [16:07]
Pedaqoji Universitetdə “Hüquq və Zəka” adlı intellektual yarış keçirilib
- 23.04.2025 [15:21]