Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu müddətdə Azərbaycan xalqı firavan həyata qovuşmuşdur
Gəncə, 10 iyul (AZƏRTAC, Sabir Əliyev). Azərbaycan Dövlət Aqrar Universitetində dahi rəhbər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbəri seçilməsinin 45-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun “Bütün ömrünü xalqına bəxş edən insan” mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd edilmişdir ki, bu fenomal şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim öz xalqını düşünmüş, onun firavanlığı naminə böyük işlər görmüşdür. 1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Ulu Öndər bütün sahələrdə əsaslı dönüş yaradılmasına nail olmuş, istər sənayenin, istərsə də kənd təsərrüfatının inkişaf etdirilməsində misli görünməmiş uğurlara imza atmışdır. Ümummilli Liderin hakimiyyəti illərində ölkəmizdə elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılmış nailiyyətlər bu gün də öz bəhrəsini verməkdədir.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videofilmin nümayişi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]