ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 81-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimi giriş sözü ilə açan komitənin sədri Zəhra Quliyeva ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı titanik xidmətlərindən danışmış, məhz onun hakimiyyətdə olduğu illərdə qadınların ölkəmizin ictimai-siyasi həyatında, cəmiyyətin formalaşmasında və saflaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Yığıncaqda Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Dilruba Camalova “Heydər Əliyevin idarəetmə məktəbi” mövzusunda məruzə etmişdir. O demişdir ki, Heydər Əliyevin yüksək təşkilatçılığı və gərgin əməyi sayəsində iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində böyük yüksəliş əldə edilmişdir. Məruzəçi demişdir ki, XX əsrin son otuz ili Azərbaycan tarixinə Heydər Əliyev mərhələsi kimi daxil olmuşdur.
Mərasim məruzə ətrafında çıxışlarla başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]