ÜMUMMİLLİ LİDERİMİZİN ANADAN OLMASININ 83-CÜ İLDÖNÜMÜ MİSİRDƏ QEYD OLUNMUŞDUR
Tədbirdə səfirliyin əməkdaşları, Misirdə çalışan, təhsil alan, yaşayan həmvətənlərimizlə yanaşı, ölkə ictimaiyyətinin və Qahirədə akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak etmişlər.
Səfirliyin foyesində ümummilli lider Heydər Əliyevin portreti önünə gül dəstələri qoyulmuş, ulu öndərin fəaliyyətini əks etdirən foto-stend tərtib edilmişdir. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film ərəb dilində səsləndirilmişdir. Filmin surətləri Xarici İşlər Nazirliyinə, MƏR-dəki səfirliklərə, beynəlxalq təşkilatlara, Ərəb Dövlətləri Cəmiyyətinə də göndərilmişdir.
Səfir Faiq Bağırov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışaraq, Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində xidmətlərini vurğulamış, onun müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində respublikamızın ədalətli və prinsipial mövqeyi barədə də ətraflı məlumat vermişdir.