Ümummilli Liderin 100 illiyi münasibətilə sərgi - Milyon qızıl güllər
Bakı, 22 may, AZƏRTAC
Beynəlxalq Qalereyanın sərgi salonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət rəssamı Gülşən Abbasovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Milyon qızıl güllər" adlı ilk fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın təbiətin təbii gözəlliklərindən yaratdığı xüsusilə müxtəlif güllər, sünbül, zeytun, palıd, qoz, fındıq, badam ağacının meyvələrindən, oduncaqlarından hazırlanan 30 dekorativ-tətbiqi sənət əsəri nümayiş edilib.
Sonda Gülşən Abbasova Beynəlxalq Qalereya adından ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olunub.