UN-Habitat nümayəndəsi: Azərbaycan dayanıqlı şəhərsalma gündəliyində mühüm rol oynayır
Bakı, 17 may, AZƏRTAC
WUF13 dayanıqlı şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirəsi və yerli icmaların fikirlərinin nəzərə alınması üçün geniş imkanlar yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Corc Qarsiya deyib.
O qeyd edib ki, forum müxtəlif regionlardan olan iştirakçıların təcrübə mübadiləsi aparmasına və şəhərsalma sahəsində birgə həll yollarının müzakirəsinə şərait yaradır. Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinə və Yeni Şəhər Gündəliyinə nail olmaq üçün çoxtərəfli yanaşma vacibdir.
Corc Qarsiya vurğulayıb ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal dayanıqlı urbanizasiya gündəliyində mühüm rol oynayır.
“Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı Assambleyasının "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupuna həmsədrlik etməsi bu sahədə beynəlxalq siyasətin formalaşdırılmasına töhfə verəcək”, – deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [16:48]
Orifcan Feyziyev: WUF13-də yeni bacarıqlar və təcrübələrlə tanış olduq
- 17.05.2026 [16:45]
Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
- 17.05.2026 [16:37]