Keniyalı nümayəndə: WUF13 şəhərlərin gələcəyi ilə bağlı birgə həll yollarının axtarılmasına imkan yaradır
Bakı, 17 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) kimi beynəlxalq tədbirlər dayanıqlı və davamlı şəhərlərin qurulması istiqamətində müxtəlif tərəfləri bir araya gətirdiyi üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu WUF13-ün keniyalı iştirakçısı Nduta Nkirote Mmbogori bildirib.
O qeyd edib ki, tədbir şəhərlərin gələcəyi ilə bağlı müxtəlif maraqlı tərəflərin fikir mübadiləsi aparması və birgə həll yolları axtarması üçün mühüm imkan yaradır.
Nduta Nkirote Mmbogori xüsusilə həssas qrupların və əlilliyi olan şəxslərin səsinin eşidilməsinin vacibliyini vurğulayıb. “Mən Parkinson xəstəliyindən əziyyət çəkirəm. Belə insanların və həssas qrupların bu cür tədbirlərə cəlb olunması çox önəmlidir. Biz də cəmiyyətin bir hissəsiyik və bizim də təhlükəsiz, rahat və dayanıqlı yaşayış məkanlarına ehtiyacımız var”, - deyə o bildirib.
Yaşıl enerjinin müasir şəhərlərin inkişafındakı roluna toxunan nümayəndə qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə üçün yaşıl enerji böyük əhəmiyyət daşıyır: “Əgər yaşıl enerjiyə ciddi yanaşmasaq, iqlim dəyişikliyi daha da ağırlaşacaq. Yaşıl enerji təbiətdən yalnız almaq deyil, ona geri qaytarmaq deməkdir”.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Nduta Nkirote Mmbogori Bakının çox gözəl şəhər olduğunu diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [16:14]
WUF13-ün Media Mərkəzində qızğın iş gedir - FOTOLAR
- 17.05.2026 [14:11]