WUF13-ün braziliyalı iştirakçısı: Azərbaycan müzakirələr üçün mühüm platforma yaradır VİDEO
Bakı, 17 may, AZƏRTAC
WUF13-də Azərbaycan şəhərlərin dayanıqlılığını artırmaq, su və sanitar xidmətlərin yaxşılaşdırılması istiqamətində müzakirələr üçün mühüm platforma yaradır.
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ligia De Souza AZƏRTAC-a açıqlamasında bildirib
O qeyd edib ki, iqlim dəyişikliyi və şəhərlərin üzləşdiyi çətinliklər fonunda dayanıqlı və davamlı infrastrukturun qurulması vacibdir. İştirakçının sözlərinə görə, insanların bu prosesin mərkəzində olması xüsusi əhəmiyyət daşıyır.