Orifcan Feyziyev: WUF13-də yeni bacarıqlar və təcrübələrlə tanış olduq
Bakı, 17 may, AZƏRTAC
Belə mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana öz minnətdarlığımı bildirirəm. Bu tədbir bizə Özbəkistanda həyata keçirdiyimiz islahatlar barədə digər ölkələrlə öz təcrübəmizi bölüşmək baxımından çox əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Özbəkistanın Milli Şəhərsalma Komitəsi sədrinin birinci müavini Orifcan Feyziyev deyib.
O qeyd edib ki, bu tədbirdə şəhərsalma və davamlı inkişaf sahəsində çıxışlar və müzakirələr sayəsində yeni bacarıqlar və təcrübələrlə tanış olub.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Elşad Mirzə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [17:29]
Nduta Nkirote Mmbogori: Mənzil siyasətində inklüziv yanaşma vacibdir
- 17.05.2026 [17:28]