UNEC dünya alimlərini bir araya gətirir
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 14-15-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development - ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu, ESD tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskvada təşkil olunub.
Beynəlxalq tədbirdə Vergilər Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri, həmçinin İngiltərə, Almaniya və digər ölkələrin ali təhsil müəssisəsindən alimlər iştirak edəcəklər.
Tədbirdə iyirmidən çox ölkənin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq, qlobal çağırışlar təhlil ediləcək. Konfransa 240-dan çox elmi məqalə təqdim olunub. Qəbul olunan məqalələr “Web of Science” bazasında və “EconLit”də dərc ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]