UNEC-in növbəti beynəlxalq uğuru
Bakı, 31 yanvar, AZƏRTAC
“Webometrics” beynəlxalq reytinq agentliyinin cari ilin yanvar ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” reytinqində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan universitetləri arasında lider olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3 min 893 istinad edilib.
Reytinq sıralamasında UNEC bir sıra ABŞ (Northwest Missouri State University”, “West Virginia State University”, “University of South Carolina Aiken”, “Western State Colorado University” və s.) və Avropa (Turku University of Applied Sciences”, “Universidad Europea del Atlántico”, “Institut National Universitaire Jean François Champollion”, “Università San Raffaele” və s.) universitetlərini qabaqlayıb.
Xatırladaq ki, UNEC bu reytinq sıralamasında 2018-ci ildə də Azərbaycan universitetləri arasında lider olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]