Ürəklərdə yaşayan dahi şəxsiyyət
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyində Elm və Təhsil Nazirliyinin “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” ilə birgə “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ölkə başçısının “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına əsasən təşkil olunan tədbirdə çıxış edənlər Azərbaycan xalqının taleyində və tarixində əvəzsiz rolu olan ölməz lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar.
Sonda “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi”nin istedadlı üzvləri musiqi və şeir kompozisiyaları ilə çıxış ediblər.