Azərbaycan Dövlət İnformasiya Agentliyi

USAN: "Erməni lobbisi, əvvəlki kimi məsuliyyətsiz şəkildə qapımıza top vura bilməz"

Vaşinqton, 31 dekabr (AZƏRTAC). İlin sonuncu günü bütün dünyada yaşayan həmvətənlərimiz kimi Amerika Birləşmiş Ştatlarındakı yarım milyona yaxın soydaşlarımız da Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər. ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) bu tarixi təqvim günündə 2010-cu ilə nəzər salıb, gerçəkləşən səylərdən öyünməyə haqqı vardır. Azərbaycan mənşəli seçiciləri birləşdirən qurum başa çatan ildə ABŞ siyasi dairələrində öz yerini möhkəm və səmərəli səsə malik təşkilat kimi möhkəmlətmişdir. 31 dekabrda AZƏRTAC-ın xüsusi müxbiri USAN-ın təsisçilərindən biri və baş direktoru Adil Bağırovla söhbət etmişdir.

-31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü hamımız üçün xüsusi bayramdır. Hərə bu tarixlə bağlı özünəməxsus hislər yaşayır. Bəs Sizin üçün Həmrəylik Günü nələrə bağlıdır?

- Həmrəylik Günü mənə ən başlıca bu tarixin bayram elan edilməsinə gətirib çıxaran 1989-cu ilin hadisələrini xatırladır. Məlum olduğu kimi, məhz həmin çətin günlərdə Naxçıvanda yaşayan azərbaycanlılar Cənubi Azərbaycanda, yəni İranın şimal ərazilərindəki doğmaları və yaxınları ilə münasibətləri bərpa etmək üçün sərhədləri dəf etməkdən çəkinməmişdilər. Bu məsələnin tarixi kökləri isə, təbii ki, 1828-ci ilə söykənir.

- Bu gün Vətəndən kənarda dünyanın onlarla ölkəsində məskunlaşan soydaşlarımızla sizin başçılıq etdiyiniz USAN təşkilatı ümumi məqsədlər naminə hansı əlaqələndirməni aparır?

- Düzünü söyləsəm, hələ ki USAN əsas səylərini Birləşmiş Ştatlarda cəmləşdirmişdir. Amerika, bildiyiniz kimi çox böyük ölkədir və burada USAN-ın görməli olduğu işlər kifayət qədərdir. ABŞ-da 308 milyon əhali yaşayır. Biz, təsis edilən gündən sırf Amerika təşkilatı kimi yaranmışıq və digər Azərbaycan-ABŞ təşkilatları arasında ilk olaraq qeyri-hökumət təşkilatlarına verilən xüsusi 501 (c) (4) siyasi statusunu almışıq.

Lakin, USAN Kanada və Meksikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələr yaradır. Bu yaxınlarda Almaniyada həmvətənlərimizin təşkilatlanmasına yardım etmişdik, Böyük Britaniyada eyni tipli şəbəkənin - UKAN-ın yaradılmasına kömək etmişdik. Ümumiyyətlə, həmişə uğurlarımız, strategiyamız və iş üslubumuzla Avropa və Amerikadakı Azərbaycan diasporu ilə bölüşürük. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi qurultaylarda, Azərbaycanın Vaşinqtondakı, Nyu-Yorkdakı və Los-Ancelesdəki diplomatik nümayəndəliklərinin keçirdiyi tədbirlərdə iştirak edirik. Bir sözlə, USAN-ın qapıları həmişə dostlar və həmvətənlər üçün açıqdır.

- 2010-cu ildə dünya azərbaycanlılarına nəzər salarkən hansı vəziyyət canlanır? Bizim diasporu nə səciyyələndirir?

- Bu gün Azərbaycan diasporunun fəaliyyətini izləyərkən onun əldə etdiyi irəliləyiş və sözün əsl mənasında yetkinləşməsi nəzərə çarpır. O, artıq yalnız mədəni və sosial toplantıları keçirən icma deyil, yaşadığı ölkələrdə baş verən siyasi hadisələrin iştirakçısı, siyasi aksiyalar keçirən, hakimiyyət və ictimaiyyətin bütün səviyyələrində tanınan dolğun diaspora çevrilmişdir.

- Gənc olmasına baxmayaraq USAN ABŞ-da artıq özünü fəal sturktur kimi təsdiqləmişdir. ABŞ-dakı azərbaycanlıları birləşdirən şəbəkə kimi haqqınızda “Washington Post”, “Washington Times”, “Azad Avropa/Azadlıq” radioları, eləcə də ABŞ-ın siyasi cərəyanlarının əsas carçısı olan “Politico” yazmışdır. Başa vurduğumuz ildə hansı nailiyyətləriniz sizi sevindirir?

- 2010-cu ildə çox işlər görmüşük. USAN-ın səyləri nəticəsində bu il, 2009-cu ildə olduğu kimi Nevada ştatı 1918-ci ildə baş vermiş Bakı qırğınlarını tanıyaraq martın 31-ni “Azərbaycanlıların Anım Günü” elan etmişdir. Beləliklə, Nevada ştatı Azərbaycandan kənarda martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi tanıyan ikinci rəsmi ərazi olmuşdur. 2010-cu ildə ABŞ-da keçirilən əhalinin siyahıya alınması zamanı USAN ilk və yeganə Türk- Amerika və Azərbaycan- Amerika təşkilatı qismində ABŞ-ın federal Əhalini Sİyahıyaalma Bürosuna tərəfdaş elan edilmişdir.

USAN üzvləri ölkədə yaşayan azərbaycanlıları maraqlandıran və narahat edən mövzular üzrə ABŞ qanunvericilərinə 200 mindən çox email, faks və məktub göndərmişdir. İl ərzində bizim müəllifimiz olduğumuz 50-dən çox məqalə ABŞ mətbuat vasitələrində işıq üzü görmüşdür. Sizin qeyd etdiyiniz kimi, “Washington TImes”, “Politico”, “Azadlıq” radiosu USAN-ı Amerikanın Erməni Milli Komitəsi, Amerikanın Erməni Assambleyası kimi təşkilatların lobbiçilik səylərinə qarşı duran, Azərbaycan mənşəli amerikalıları birləşdirən təşkilat kimi tanıtmışdır. Xüsusilə, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mətyu Brayzanın namizədliyinə qarşı ermənilər tərəfindən aparılan kampaniyanı USAN üzvlərinin səyləri nəticəsində zəiflətmək mümkün olmuşdur. Dekabrın 29-dan başlayaraq M.Brazya ABŞ-ın Azərbaycandakı səfiridir. Bundan başqa USAN Vaşinqton və Floridada keçirilən türk festivallarına sponsorluq etmiş və burada Azərbaycanı təmsil etmişdir. İl ərzində biz, azərbaycanlıların sıx məskunlaşdığı şəhərlərdə siyasi seminarlar keçirmişik. USAN-ın maliyyə resursu kimi istifadə etdiyi xüsusi Platinum VİSA kredit kartının təsis edilməsinə nail olmuşuq, digər etnik mənşəli seçiciləri birləşdirən şəbəkələrlə, o cümlədən Hollivud aktrisası Rosario Dousonun təsis etdiyi “VotoLatino” qeyri-hökumət təşkilatı ilə rəsmi tərəfdaşlıq imzalamışıq. ABŞ-da keçirilən builki seçkilərdə USAN bir sıra namizədlərin, o cümlədən Azərbaycan və türk mənşəli namizədlər- Pol Murad və Öz Benqurun kampaniyalarında yaxından iştirak etmişdir. Senat seçkilərində Massaçusets ştatından qalib gələn Con Braunun seçkiqabağı kampaniyası USAN üzvü Con Vəfainin başçılığı ilə “Azərbaycanlı amerikalılar Con Braunla” kampaniyasından bəhrələnmişdir. “Amerikanın səsi” radiostansiyasının fars şöbəsinin bəzi əməkdaşları tərəfindən irəli sürülən bır sıra anti-azərbaycan fikirlər USAN-ın təkidi ilə radiostansiyanın daxili araşdırmasına məruz qalmışdır.

- Konqresin hazırkı sessiyasının başa çatan günlərində erməni diasporunun dırnaq arası erməni soyqırımı qətnaməsini səsverməyə çıxarmaq məqsədi ilə uğursuz hərəkətlərini izləmək çox maraqlı idi. Bildiyimizə görə, türkdilli icmalar da cəmi bir neçə gündə özlərini toparlayıb bunun qarşısını almağa çalışdılar.

- Əlbəttə. Erməni lobbisi sayca və maliyyə imkanları baxımından daha böyük olsa da, artıq başa düşür ki, əvvəlki kimi məsuliyyətsiz şəkildə qapımıza top vura biıməz. ABŞ Konqresində erməni qətnaməsinin aqibəti də məhz bu qəbildən oldu. Bundan başqa, ermənilərin əlavə məyusluğuna Prezident Obamanın konstitusiya səlahiyyətlərindən istifadə edərək Azərbaycan və Türkiyəyə səfirlərini göndərməsi səbəb olmuşdur. Bu ilin iyul və sentyabr aylarında erməni lobbisinin Mətyu Brayzanın namizədliyinə qarşı apardığı kampaniyaya cavab olaraq USAN səfirin namizədliyini dəstəkləyən aksiyalar həyata keçirmişdir. Nəticə göz qabağındadır- Azərbaycanda artıq yeni ABŞ səfiri vardır.

- Bəs, erməni mənşəli seçiciləri ilə isti münasibətləri ilə tanınan Konqres spikeri xanım Pelosi nədən qətnaməni səsverməyə çıxarmamışdır?

- O başa düşdü ki, qanun layihəsinin lehinə Konqresin kifayət qədər üzvünün səsini toplaya bilməyəcəkdir. Burada həm türk diasporu, həm də Türkiyənin lobbiçilik səylərinin böyük rolu olmuşdur. Qeyd etməliyəm ki, türk diasporu son illər olduqca çoxalmış və möhkəmlənmişdir. Sözsüz, erməni qətnaməsinin qarşısının alınmasında ümumi səylərə USAN və bizim tərəfdaşımız olan UTAN (Türkdilli Amerikalıların Şəbəkəsi) təşkilatları da töhvə vermişdir.

- Söhbətimizi yeni 2011-ci ildəki planlarınıza dair bitirmək istərdik.

- Biz, iki konfrans keçirməyi, bir sıra festivallarda iştirak etməyi, Amerikanın digər etnik icmaları ilə münasibət qurmağa davam etməyi planlaşdırırıq. Fəaliyyətimizin əsas istiqaməti olaraq ABŞ Konqres üzvlərinə və digər siyasi dairələrə icmamızı maraqlandıran məsələlərlə bağlı məktubların göndərilməsi, siyasi vəzifələr tutmaq istəyən Azərbaycan və türk mənşəli amerikalılara yardımın göstərilməsini davam edəcəyik. USAN olaraq Azərbaycan diasporuna tezliklə və tam şəkildə Amerika ictimayyətinə inteqrasiyasına hərtərəfli kömək edəcəyik.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub