“Uşaq hüquqları aylığı” çərçivəsində açıq məkandakı reklam lövhələrində maarifləndirici məlumatlar yayımlanır
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən oktyabrın 20-si və noyabrın 20-si tarixlərində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə və təbliğat işləri davam etdirilir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aylıq çərçivəsində Ombudsman Aparatı tərəfindən uşaq hüquqlarına dair müxtəlif mövzularda maarifləndirici plakatlar hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə əməkdaşlığın nəticəsi olaraq maarifləndirici sosial reklamlar şəhərin müxtəlif yerlərindəki açıq məkan reklam qurğularında yayımlanır.
Posterlərdə uşaqların zərərli təsirlərdən, cismani cəzadan, istismardan, ayrı-seçkilikdən, bullinq və intihardan, zorakılıqdan müdafiəsi, eləcə də erkən nikahın qarşısının alınması, uşaqların fikirlərinin dinlənilməsi və uşaq hüquq pozuntusuna dair Ombudsmana müraciət ilə bağlı şüarlar əks olunub.