Uşaq incəsənət məktəbində xalq çalğı alətləri şöbəsinin şagirdlərinin konserti olub
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbində xalq çalğı alətləri şöbəsinin şagirdləri elimizin gözəl bayramlarından olan Yel çərşənbəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri xalq çalğı alətləri şöbəsinin müəllimi E.Vəliyeva açaraq Novruz bayramı, çərşənbələr, adət-ənənələrimiz barədə geniş məlumat verib.
Sonra tədbir konsert proqramı ilə davam edib.