Uşaq musiqi məktəbi şəhidlərimizin xatirəsinə həsr edilmiş onlayn konsert keçirib
Bakı, 22 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi yanvarın 19-da Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin anım gününə həsr olunmuş onlayn konsert keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifası ilə başlayan konsertdə məktəbin şagird və müəllimləri fəal iştirak ediblər. Şagirdlər Əmir Bəbirovun ifasında “Xudayar təsnifi“, beynəlxalq müsabiqələr laureatı Anisa Karmel Əsgərlinin ifasında Q.Qarayevin “İnsan məskən salır“ kinofilmindən musiqi, Zeynəb Abbasovanın ifasında “Sarı gəlin“ mahnısı, Nuray Quliyevanın ifasında Qandelin “Fransız pyesi”, Zəhra Bağırzadənin ifasında “Çalı quşu“ filmindən musiqi, Ləman Hüseynovanın ifasında şeir parçası konsertboyu səslənib.
Vokal ixtisası üzrə müəllim Briliant Şükürovanın, konsertmeysterlər Röya Rəhimova və Məsmə Mehdiyevanın birgə tərtib etdiyi kompozisiyada tar ixtisası üzrə şagird Tunar Haqverdiyevin və vokal ixtisası üzrə şagird Ayan Şükürlünün ifası xüsusilə təsirlidir.
Anım gününə həsr olunmuş videoçarx qarmon ixtisası üzrə IV sinif şagirdi Amin Bünyatovun ifasında V.Adıgözəlovun “Qərənfil” əsəri ilə tamamlanıb.
Konsert məktəb kollektivinin şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramla onlayn təşkil edilərək məktəbin “YouTube” kanalında yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [14:19]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:01]
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
- 03.10.2026 [21:23]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]