UŞAQ TEATRLARININ MOSKVADA KEÇİRİLƏN ÜMUMDÜNYA FESTİVALINDA ÖLKƏMİZİ “GUNAY” UŞAQ TEATRI TƏMSİL EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 17-də Rusiyanın paytaxtı Moskvada uşaq teatrlarının sayca onuncu, yubiley Ümumdünya festivalı start götürmüşdür.
Moskvadakı “Ermitaj” bağında çox maraqlı proqramla açılan bu tədbir iyulun 24-dək davam edəcəkdir. Açılışda festivalın iştirakçısı olan teatrların ən maraqlı tamaşalardan fraqmentlər təqdim olunacaqdır. Açılış proqramına atəşfəşanlıq, klounların şousu və “Cənab Pejonun səyyar kuklaları” teatrının tamaşaları da daxil idi. Tədbirdə dünyanın 20 ölkəsindən olan uşaq və yeniyetmələrdən ibarət kollektivlər iştirak edəcəklər. Ölkəmizi dünyanın 40 uşaq teatrı arasında ciddi seçim nəticəsində fetivalda iştirak etmək hüququ qazanmış “Günay” uşaq teatrı təmsil edəcəkdir. Azərbaycanlı uşaqlar S.Kofmanın “Şelkunçik” tamaşasını göstərəcəklər.
Həftə ərzində öz məharətini nümayiş etdirəcək 54 teatr 84 tamaşa göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]