ÜST-nin rəhbəri: İndi arxayınlaşmaq və sayıqlığı itirmək olmaz
Bakı, 9 iyun, AZƏRTAC
Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, qlobal miqyasda işlər pisləşməyə doğru gedir. Son bir sutkada COVID-19-a yoluxma hallarının sayı rekord dərəcəyə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı dövlətləri və onların vətəndaşlarını sayıqlığı itirməməyə, kütləvi toplantılar, o cümlədən etiraz nümayişləri zamanı ehtiyat tədbirləri görməyə çağırır.
AZƏRTAC xəbər verir ki, ÜST-nin baş direktoru Cenevrədə brifinq keçirərək COVID-19-a yoluxmaların sayının 7 milyona yaxın, bu infeksiyadan ölənlərin sayının 400 minə yaxın olduğunu bildirib. Dünən ÜST-yə daxil olmuş məlumata görə, sutka ərzində koronavirusa yeni yoluxanların sayı 136 min olub. Onlardan 75 faizi 10 ölkənin - əsasən Cənubi və Şimali Amerika, habelə Cənubi Asiya dövlətlərinin payına düşür. Bir sıra Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində də yoluxmaların sayı artmaqdadır.
ÜST-nin rəhbəri doktor Tedros Gebreyesus deyib: “Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, qlobal miqyasda işlər pisləşməyə doğru gedir.
“Biz hüquq bərabərliyi prinsipini və irqçiliyə qarşı qlobal hərəkatı tamamilə dəstəkləyirik”, - deyən ÜST rəhbəri, nümayişlərin bütün iştirakçılarına öz təhlükəsizliyinin qeydinə qalmağı və mümkün qədər sosial məsafə gözləməyi, maska taxmağı, əllərini təmiz saxlamağı, öskürərkən ağzını örtməyi tövsiyə edib.