Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib





Bakı, 23 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert proqramı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert bəstəkarlıq kafedrası tələbələrinin yaradıcılıq hesabatı kimi təqdim olunub.
Tədbirdə Bakı Musiqi Akademiyasının müxtəlif kurslarında təhsil alan gənc bəstəkarların əsərləri səsləndirilib. Proqram fortepiano pyesləri, simli kvartet, klarnet, violino və vokal üçün yazılmış əsərlər geniş janr və üslub palitrasını əhatə edib.
Konsertdə çıxış edən tələbələrin müəllimləri tanınmış professorlar Ceyhun Allahverdiyev, Aydın Əzimov, Nazim Mirişli, dosentlər Arzu Məmmədova, Gülnarə Məmmədova, Aliyə Məmmədova, Vüqar Camalzadə, Türkər Qasımzadə və Azər Əsgərovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [18:03]
Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 15.05.2025 [16:46]
Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 15.05.2025 [16:45]
Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 15.05.2025 [14:16]
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 15.05.2025 [12:20]
Mən turist olsaydım – Şanlı tarixi yaşadan Zəfər parkı VİDEO
- 15.05.2025 [12:00]
Mən turist olsaydım – suların sükutunda “mirvari” səyahət VİDEO
- 15.05.2025 [10:49]