Üzgüçülük üzrə respublika yarışının qalibləri müəyyən olunub
Sumqayıt, 31 may, AZƏRTAC
Sumqayıtda “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi üzgüçülük üzrə respublika yarışının qalibləri müəyyən olunub.
Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildirilib ki, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin hovuzunda keçirilən yarışın məqsədi idmanın bu növünün təbliği və inkişafı, iştirakçıların yarış təcrübələrinin artırılması, mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsidir.
Yarışa 2010-cu il və daha kiçik təvəllüdlü gənc idmançılar qatılıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin qalibləri diplom və medallarla təltif olunublar.