VALYUTA BÖLMƏSİNƏ ÜZV OLAN BANKLARIN SAYI ARTMIŞDIR
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsinə üzv olan kredit müəssisələrinin sayı 46-ya çatmışdır.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, BBVB səhmdarlarının qərarı ilə “Bank Avrasiya” və “PAŞA Bank” açıq səhmdar cəmiyyətləri iyuldan etibarən valyuta bölməsinin yeni üzvləri olmuşlar. Valyuta bölməsinə üzvlük üçün əsas şərtlərdən biri Azərbaycan Milli Bankı normativlərinin bu müddət ərzində pozulmaması olmuşdur. Üzvlük haqlarını ödədikdən, habelə hər birinin treyderləri müvafiq təlim və sonrakı attestasiyadan keçdikdən sonra “Bank Avrasiya” və “PAŞA Bank” Birja Hərraclarının Elektron Sistemi (BHES) vasitəsilə birja valyuta bazarında əməliyyata başlaya bilərlər.
BBVB mayın 1-də istifadəçilərin yeni ticarət hesablaşma sisteminə miqrasiyasını uğurla başa çatdırmışdır. Hazırda BBVB-nin valyuta bölməsinin, demək olar, bütün üzvləri 50 ticarət və informasiya terminalı vasitəsilə BHES-ə qoşulmuşlar. Elektron sisteminin yeni imkanlarının öyrənilməsi və onun yeni interfeysində iş vərdişlərinin möhkəmləndirilməsi məqsədi ilə BBVB-də ixtisaslaşdırılmış məşğələlər təşkil edilmişdir.
Cənubi Qafqaz regionunda ilk birja elektron sistemi olan BHES fəaliyyətə başladığı 6 il ərzində Azərbaycanın valyuta və pul bazarlarının ayrılmaz hissəsinə çevrilmişdir. Birja xidmətlərinin göstərilməsində universallıq prinsipi əsasında qurulmuş sistem bankların likvidliyinin və risklərinin kompleks idarə olunması üçün müasir platformadır. BHES Azərbaycan banklarına təkcə xarici valyutalarla konvertasiya əməliyyatları aparmağa deyil, həm də vəsaitlərin yerləşdirilməsi və borc götürülməsi, birja əqdləri üzrə operativ hesablamalar, limitlərin təkrar paylanması üzrə əməliyyatlar keçirməyə, habelə real zaman rejimində ölkənin maliyyə bazarı seqmentlərinin monitorinqini aparmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]