Azərbaycan Dövlət İnformasiya Agentliyi

Varlığımızın ən mühüm atributu

Varlığımızın ən mühüm atributu

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimi həm də onunla yadda qaldı ki, tədbirdə dövlətimizin başçısı İlham Əliyev iştirak etdi, Azərbaycan elm və təhsilinin qarşısında dayanan təxirəsalınmaz vəzifələrdən danışmaqla yanaşı, elm adamlarına zamanın yeni tələblərindən doğan ismarışlarını çatdırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Varlığımızın ən mühüm atributu” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Yubiley mərasimində çıxış edən Prezident AMEA-nın keçdiyi şərəfli yolda qazandığı uğurlardan danışmaqla yanaşı, buraxılmış şanslardan söhbət açdı, qurumun ölkəmizin elmi inkişafında oynadığı aparıcı roldan, hər bir elmi-tədqiqatın maddiləşən nəticəyə hesablanmasının zəruriliyinə toxundu. Çıxışını 1945-ci ildə təşkil edilən Azərbaycan Milli Elmlər Akademiyasının ötən 80 ildə keçdiyi yoldan, Azərbaycanda elmin inkişafında oynadığı aparıcı rol mövzusu üzərində quran Prezident müxtəlif ictimai-siyasi quruluşların diktə etdiyi şəraitdə Azərbaycanda hər zaman elm və təhsilin inkişafına böyük diqqət yetirildiyini xatırlatdı: “Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra 1993-cü ildə ziyalılar, ümumiyyətlə, ictimaiyyət nümayəndələri ilə ilk görüşünün məhz Milli Elmlər Akademiyasında baş tutduğunu qeyd edən Prezident İlham Əliyev ölkədə böyük iqtisadi, maliyyə çətinliklərə baxmayaraq Akademiyanın işinə, qorunmasına göstərilən diqqəti, alimlərin fəaliyyəti üçün vəsait ayrılmasını xatırlatdı.

Bununla bərabər, ölkə rəhbəri “hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir”- sözləri ilə dövlət və cəmiyyətin qarşısında dayanan strateji vəzifələrdən söz açdı: “Təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər”.

Texnoloji inkişafın ayrılmaz hissəsi olan süni intellektin iqtisadiyyatda, texnologiyada tətbiqinin qaçılmaz reallığa çevrildiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan alimlərinin bu prosesdə fəal iştirakının gözlənildiyini vurğuladı: “Elm iqtisadiyyat, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər”.

Azərbaycan elminin praktik nəticələrinə ümid etdiyini bildirən Prezidentin Azərbaycanın zəngin tarixinin Ermənistan dövləti, erməni diaspor təşkilatları tərəfindən uzun illər ərzində təhrif olunduğunu və bu istiqamətdə fəaliyyətin bu gün də davam etdiyini qabardaraq tarixçilərimiz qarşısında dayanan vəzifələrdən danışması sülh müqaviləsinin imzalanması ilə 250 illik münaqişənin bitdiyini düşünənlərə cavab sayıla bilər. Biz geopolitikanın sərt reallıqları ilə yaşayırıq və bu reallıqlar diktə edir ki, əsrlərlə sahibi olduğumuz torpaqların fundamental tarixi yazılsın. O tarixi yazmağı şərtləndirən amilləri Prezident İlham Əliyev belə təqdim edir: “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır, Ermənistanda da yaşayıb, əminəm ki, yenə də yaşayacaq. ...Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Şübhə doğurmayan həqiqətlərdəndir ki, yaşadığımız regionda erməni “tarixçilərinin” fəallığının birinci mərhələsi 1828-ci il fevral ayının 28-dən, növbəti Rusiya-İran müharibəsinin nəticəsi olaraq Qərbi Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin Rusiya imperiyasının tərkibinə qatılmasından sonra müşahidə olunub. İmperatorun cəmi bir ay sonra ilhaq edilmiş ərazilərdə Erməni vilayətinin yaradılması haqqında imzaladığı fərmanla, əslində, Güney Qafqazın yenidən formalaşdırılacaq konfiqurasiyasının ilkin cizgiləri cızılırdı. İmperiyanın regionda uzun müddətə hesablanan strategiyasında Türkiyə və İrandan bu yerlərə köçürülən ermənilər üçün xüsusi imtiyazlar nəzərdə tutulurdu. Bu fonda atılan addımlar ancaq Erməni vilayətinin yaradılması ilə məhdudlaşmırdı və ilk növbədə regionun “köklü sakinlərinin” Güney Qafqazda uzunmüddətli dövrü əhatə edəcək tarixi hazırlanmalı idi.

Məhz Rusiya imperiyasının cənub sərhədlərində forpostuna çevrilməli olan xristian ermənilərin regionda ən çirkin siyasətlərdə iştirakı üçün əsaslar yaradılırdı. O əsasların nəticəsi olaraq XIX əsrin ortalarında nəinki keçmiş İrəvan xanlığının inzibati ərazisində, həmçinin keçmiş Naxçıvan və Qarabağ xanlıqlarına aid yaşayış yerlərində də qonşu ölkələrdən cəlbedici imtiyazlar vəd olunaraq gətirilib yerləşdirilən ermənilərin sayı xeyli artmışdı. Bu amil və erməni millətindən olan şəxslərə xüsusi münasibətin nəticəsi imkan verirdi ki, nəinki erməni millətindən olan əhali arasından seçilən şəxslər yerli hakimiyyət orqanlarında müqayisəyəgəlməz şəkildə təmsil olunur, həmçinin paytaxtda imperatorun sarayına qədər gedib çıxa bilirdilər.

AMEA-nın yaradılmasının 80 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, azından, 200 illik siyasətə ciddi elmi əsaslarla qarşılıq vermək üçün tarixçilərimizə çağırış edirdi.

Bu fikirləri səsləndirərkən milli siyasətin gələcəyə hesablanan strategiyasının fəlsəfəsinə dərindən bələd olan İlham Əliyev xalqımızın 35 il ərzində yaşadığı ağır faciələrin həm də “unutqanlıq” mərkəzindən qidalandığını xatırladır. Təcrübə dəfələrlə sübut edib ki, o unutqanlığı hər vaxt çiynimizin üstündə asılan Damokl qılıncı olaraq təhtəlşüurumuzda yer tutmasa, oxşar faciələrdən qaçmaq mümkün deyil. Getdikcə qəddarlaşan dünyanın fonunda aşınan bəşəri normalar bir də onu diktə edir ki, “Günəş altında yer axtaranlar” bütün zamanlarda marığa yatmış vəhşilər kimi niyyətlərini gerçəkləşdirmək fürsəti gözləyirlər. Dünya hər il beynəlxalq hüquq normalarının az qala, kağız parçasına çevrilməsinin şahidi olur. Bu baxımdan dövlətimizin başçısının tarixçilərimizə müraciət etməsinin səbəbi aydındır. Bu yönümdən Prezident İlham Əliyevin tarixçilərlə bərabər dilçilər, ümumiyyətlə, Azərbaycan dilini tədqiqat predmeti olaraq qəbul edən alim və tədqiqatçılara, onunla gündəlik işləyən digər peşə sahiblərinə - ədəbiyyat nümunələri yaradan yazıçı və şairlərə, həmçinin jurnalistlərə səslənməsi o insanlarda yaradıcılıqla bərabər, vətəndaş qeyrəti görmək hissindən irəli gəlir. Ölkə rəhbəri ən vacib saydığı məsələ barədə AMEA-nın yubiley tədbirində niyə mövzuya qayıtdığını belə izah edirdi: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.

Bu, ölkə rəhbərinin ancaq 50 milyondan artıq insanın danışdığı ana dili yox, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin təkcə qorunması deyil, inkişafı üçün hər birimizin borcunu yada saldı. Dil, sadəcə, ünsiyyət vasitəsi və ya məlumatın qeyd edilməsi və ötürülməsi deyil. Dil bir xalqın tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Dil xalqın mentalitetinin və kimliyinin əksidir və eyni zamanda, xalqın linqvistik təfəkkürü onun davranışını, əsas mədəni və ideoloji münasibətlərini müəyyən edir. Dilimiz vasitəsilə dünyanı dərk edir, öyrənir, öyrədir, həmçinin onun dünənlə bu gün və sabahla üzvi birliyi nəticəsində nəsillər arasında qırılmaz əlaqəni təmin etmiş oluruq.

Dünyada hələ də müxtəlif xalqlar arasında istifadədə olan 7000-dən çox dil var və həmin dildə danışan hər kəs inkişafın başlıca mənbələrindən hesab olunan dilin əsas funksiyasının ünsiyyət və informasiya mübadiləsi, informasiya yığımı, emalı, qorunması və həmin biliklərin nəsildən-nəslə ötürülməsi funksiyalarını əhatə etdiyini bilir. Dil, həmçinin düşüncənin formalaşması, sosial identifikasiya və emosional funksiya kimi digər vacib funksiyaları da yerinə yetirir. Bütün bu amillər Azərbaycan Respublikasının dövlət dilinin ancaq ünsiyyət vasitəsi yox, özündə xalqımızın min illər ərzində yaratdığı mənəvi sərvətlərimizin xəzinəsi olduğunu şərtləndirir. Ona görə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəlişi tarixi kimi yaddaşlarda həkk olunub. O yaddaşda Prezident Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi - inkişafı haqqında” 2001-ci il 18 iyun tarixli, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 4 iyul tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi-qurulması haqqında” 2001-ci il 9 avqust tarixli, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun yetkin konsepsiyası, uzunmüddətli strategiyasını ehtiva edən tarixi qanunvericilik aktları olaraq qəbul edilir.

Bunlardan əlavə, onu qeyd etmək zəruridir ki, kifayət qədər geniş dövrü, 1969-2003-cü illəri əhatə edən həmin zamanlarda dilimizin inkişafı təkcə rəsmi sənədlərdə deyil, gündəlik sosial-siyasi həyatımızda öz layiqli yerini tutmaqla beynəlxalq müstəviyə keçməsi, dünyanın nüfuzlu platformalarında eşidilməsi Ulu Öndər Heydər Əliyevin ana dilinin inkişafına göstərdiyi qayğının, uzaqgörən dil siyasətinin real nəticəsi kimi qəbul edilirdi. Bu, Ümummilli Liderimizin hələ ötən əsrin 70-ci illərindən yürütdüyü azərbaycançılıq ideologiyasının özündə milli ruhun oyanmasına, nəticə olaraq milli özünüdərkin hüdudsuz kimi görünən sərhədləri daxilində o ruhun yaradıcılıq potensialının genişlənməsinə verilən imkan, qüdrətli Azərbaycan qurmağa çağırış idi.

Böyük dövlət və siyasət adamı xalqın formalaşaraq yaşamasında ana dilinin gücünü başlıca aparıcı xətt kimi görür və çıxışlarında bu amili belə dəyərləndirirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Heydər Əliyev məktəbinin ən uğurlu məzunu Prezident İlham Əliyev buna görə də AMEA-nın 80 illik yubileyindəki nitqində “Azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış olur, diqqətdə saxlayır, lazımi tədbirlər görürəm” - deyərkən gərgin dövlət işləri sırasında doğma ana dilinin müşahidə etdiyi hər hansı həyəcanlı vəziyyətinə biganə qalmadığını vurğulayır, bunun nə qədər təxirəsalınmaz iş olduğunu müvafiq qurumların və qurumlara rəhbərlik edən insanların diqqətinə çatdırır. Bu fikirləri ilə dilimizin xalq olaraq hamımızın gələcək taleyində oynadığı həlledici amili bir daha xatırladır: “Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhv, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Milli mədəniyyətlərin və ədəbiyyatların unudulması ayrı-ayrı fərdlərin şəxsində hər bir xalq üçün intellektual fəlakətə gedən yoldur. Bu, daha çox onunla xarakterizə olunur ki, müasirimiz insanlarımız Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi və digər onlarla yazıçı-şairlərin milli irsimiz hesab olunan əsərlərindən ayrı düşür, cılız ədəbiyyat və mədəniyyət nümunələri ilə formalaşırsa, bu, ümumən xalq olaraq deqradasya yoluna çıxmağımız deməkdir. Kütləvi informasiya vasitələrimizə (fərqi yoxdur, çap və yaxud elektron) ötəri nəzər salmaq bəs edər ki, həm də “dilin keşikçiləri” yükünü çiyinlərinə götürmüş kifayət qədər çoxluğu təmsil edən şəxslər dilimizi hansı vəziyyətə aparırlar. Reallığı vaxtında müşahidə edən dövlətimizin başçısı buna görədir ki, AMEA-nın 80 illik yubileyində söylədiyi nitqində mənzərənin gələcək üçün ürəkaçan heç nə vəd etmədiyini müvafiq qurumların və səlahiyyətli şəxslərin, ümumilikdə xalqımızın diqqətinə çatdırırdı: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Bu fikir və tövsiyələr dilimizin saflığını qorumalı, onu gözləyən təhlükələrin qarşısında sipər olmalı hər bir təşkilat və ayrı-ayrı səlahiyyətli şəxslər üçün gələcək fəaliyyət proqramına çevrilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Xabarovsk vilayətində daşqın baş verib

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN-i Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

AAYDA: Qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar - konfrans

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb

Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib

NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır

Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

“New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır

“The Independent”: Britaniyada festivalda lövhənin aşması nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Haitidə beş yaşadək uşaqlar arasında hər 13 nəfərdən biri kəskin qida çatışmazlığından əziyyət çəkir

Vaşinqtonda birinci şəxslərin təxliyəsinə kömək etmək üçün helikopter dəstəsi yaradılıb

ABŞ Venesuela ilə 65 milyard barel neft ehtiyatları üzərində nəzarəti təmin edəcək saziş imzalayıb

Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib

VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda təşkil ediləcək

“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Ştutqart”ı darmadağın edib

Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq

Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub

Naxçıvanda avtomobil piyadanı vurub

Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı

Hesablama Palatasında kollegiya iclası olub

Faiq Qarayev: Texniki səhvlər bizə imkan vermədi ki, Niderlandla oyunda qələbə qazanaq

Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər

Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib

Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO