Azərbaycan Dövlət İnformasiya Agentliyi

Varşava İqtisadiyyat Universitetində Qərbi Azərbaycanla bağlı sərgi açılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Polşanın nüfuzlu ali təhsil ocaqlarından olan Varşava İqtisadiyyat Universitetində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı olub.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışında Varşava İqtisadiyyat Universitetinin rektoru Piotr Vaxoviak rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri kimi ölkəmizin minilliklər ərzində ərazisində yaradılmış zəngin mədəni irsə malik olduğunu bildirib. O qeyd edib ki, İrəvan xanlığı təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynayıb. Bu Azərbaycan dövləti XIX əsrin əvvəllərində ərazisinin regionun böyük dövlətləri arasında qanlı müharibələr teatrına çevrildiyi zaman öz müstəqilliyi uğrunda yadelli işğalçılara qarşı qəhrəmanlıqla mübarizə aparıb.

Səfir İrəvan xanlığının tarixi barədə ətraflı məlumat verərək xanlığın tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova davam edib ki, xanlığın paytaxtı İrəvan şəhərinin adının orta əsr yazılı mənbələrində “Rəvan”, “İrəvan”, “İrivan” kimi çəkilib, şəhər 4 məhəllədən - Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olub. Səfir İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb.

O, avropalı səyyahların və salnaməçilərin, o cümlədən Jan Batist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.

Səfir XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və sair kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib.

Diplomat XX əsrin əvvəllərinədək İrəvan qalası, onun daxilində yerləşən Xan Sarayı (Sərdar Sarayı) və Abbas Mirzə məscidinin şəhərin tarixi-memarlıq inciləri hesab olunduğunu diqqətə çatdırıb və Xan Sarayını tikdirən İrəvan sərdarları barədə məlumat verib. O, indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1988-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəyinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyini, həm də minlərlə tarixi abidənin, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, abidələri məhv etmək asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan götürən azərbaycanlı gənclərin sərginin açılışında iştirakı bir daha sübut edir ki, gec-tez həqiqət üzə çıxır.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar bildirib ki, Qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın Qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurduğunu, azərbaycanlıların yaşayış məntəqələrini xarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə-yeksan etdiyini deyən İcma rəsmisi Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbiristanlığın məhv edildiyini bildirib. O, Göyçə aşıq məktəbinin tanınmış siması Aşıq Ələsgərin doğma kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən məhv edilməsi haqqında məlumat verərək, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılışını həyata keçirməsini xalqımızın mətanətinin, mədəni dayanıqlığının və qayıdışa inamının simvolu olduğunu vurğulayıb. İcma rəsmisi mədəni irsə edilən hücumun həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti İcmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib. İrəvan xanlığının bayrağının, Qərbi azərbaycanlıların deportasiyasının, dağıdılmış məscidlərimizin, abidələrimizin, qəbiristanlıqlarımızın, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin Qərbi Azərbaycan mətbəxindən təamlar nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib