VASİLİ İSTRATOV: RUSİYA FEDERASİYASI PREZİDENTİNİN AZƏRBAYCANA İLK RƏSMİ SƏFƏRİ OLDUQCA UĞURLU KEÇMİŞDİR
“Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana ilk rəsmi səfəri olduqca uğurlu keçmişdir”. AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov iyulun 8-də keçirilən mətbuat konfransında bildirmişdir.
Səfir demişdir: “Tərəflər səfərin nəticələrindən böyük məmnunluq ifadə edirlər”.
Diplomat əlavə etmişdir ki, “səfər zamanı tərəflərin bütün məsələlər üzrə mövqelərinin yaxınlığı üzə çıxmış, dövlət başçıları əməkdaşlığın bir sıra yeni istiqamətlərini müəyyən etmişlər”. V.İstratov vurğulamışdır ki, prezidentlər bir-biri ilə etibarlı konstruktiv münasibətləri möhkəmləndirmişlər. Bu isə olduqca vacibdir.
V.İstratov demişdir: “Səfər zamanı imzalanan sənədlər, o cümlədən bəyannamə iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına yönəldilmişdir”.
Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə münasibətlərə toxunan səfir demişdir ki, cari ilin sonunadək əmtəə mübadiləsində 2 milyardlıq həddi keçmək üçün əsas vardır. Lakin bunun üçün sərmayə layihələrimiz çatışmır.
V.İstratov jurnalistlərin suallarına cavab verərək iki ölkə arasında mehriban qonşuluq və dostluq münasibətlərini, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında konstruktiv rolunu diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]