Vatikan generalissimus Frankonun nəşinin eksqumasiyasına etiraz etmir
Madrid, 21 fevral, AZƏRTAC
Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin İspaniya Baş nazirinin müavini Karmen Kalvoya ünvanlandığı məktubunda bildirib ki, Roma katolik kilsəsi ispan generalissimusu Fransisko Frankonun nəşinin eksqumasiyasına etiraz etmir.
Qeyd edək ki, avqust ayında İspaniya hökuməti tarixi yaddaş haqqında Qanuna düzəlişlər edilməsi barədə dekret qəbul edib, ispan hərbi və dövlət xadimi, generalissimus Fransisko Frankonun Madrid ətrafındakı Məzarlar vadisində dəfn edilmiş nəşinin eksqumasiyası və yenidən dəfn olunmasına icazə verib. Hökumətin qəbul etdiyi sənəddə bu prosesin təcili qaydada aparılmasının zəruriliyi də qeyd olunub.
Lakin Frankonun yaxınları onun yenidən dəfninin əleyhinə çıxış ediblər və hakimiyyətin nəşin eksqumasiyasını həyata keçirəcəyi təqdirdə məzarın təhqir olunmasına görə məhkəməyə müraciət edəcəklərini bildiriblər. Memorial kompleks olan Məzarlar vadisində də bu qərara etiraz əlaməti olaraq bir neçə aksiya keçirilib. Bu aksiyalarda Frankonun yeganə qız nəvəsi Luis Alfonso de Borbon da iştirak edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]