Velosiped idmanı üzrə Federasiya Kuboku turnirində digər yarışın da qalibləri müəyyənləşib
Bakı, 9 iyun, AZƏRTAC
Dünya Velosiped Günü münasibətilə iyunun 9-da Bakıda təşkil olunan trek üzrə Federasiya Kuboku yarışında 17 yaşadək idmançıların yarışında da qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bir dairə növündə qızlardan Gülşən İsmayılova, oğlanlardan isə Kamran Mirzəxanov adlarını qaliblər siyahısına yazdırmağı bacarıblar. Üç dairə yarışında isə qızlardan Fatimə Əfqanzadə, oğlanlardan isə Kamran Mirzəxanov qələbə qazanıblar.
Günün sonuncu yarışında gənclər qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir müvafiq icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.