VENESUELA NÜMAYƏNDƏSİ DİANA MENDOSA “2008-Cİ İLİN DÜNYA GÖZƏLİ” SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Venesuela nümayəndəsi Diana Mendosa “2008-ci ilin dünya gözəli” adlandırılmışdır. Bu, iyulun 14-də Vyetnamın Nyaçanq şəhərində başa çatmış gözəllik müsabiqəsi finalının yekunlarına görə elan edilmişdir.
Müsabiqədə Rusiyanı təmsil edən moskvalı Vera Krasova beş finalçı sırasına daxil olaraq dördüncü yeri tutmuşdur.
Diana Mendosa “2008-ci ilin dünya gözəli” fəxri tacının sələfi, bundan əvvəlki “Dünya gözəli” müsabiqəsinin yekunlarına görə planetin ən gözəl qızı adlandırılmış peşəkar yapon balerinası Rio Moridən qəbul etmişdir.
“Dünya gözəli”nin tacı haqqında xüsusi danışmaq lazımdır. Qiyməti 120 min dollardan artıq olan zərgərlik sənətinin bu nümunəsi müsabiqənin finalı üçün Vyetnamın zərgərlik firmalarından birində hazırlanmışdır. Ustalar ağ və sarı qızıldan hazırlanmış tacı bəzəmək üçün mindən çox qiymətli daş-qaşdan, o cümlədən 30 karatlıq 555 ağ brilyantdan və 14 karatlıq 375 konyak rəngli brilyantdan istifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]