Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da vergilər naziri Mikayıl Cabbarov Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər. Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.