VERGİLƏR NAZİRLİYİNİN “QAYNAR XƏTT”İNDƏN İSTİFADƏ EDƏNLƏRİN SAYI ARTIR
Bakı, 12 yanvar, (AZƏRTAC). Ötən il Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidmətinə 319 min 439, başqa sözlə, əvvəlki ildəkindən 92 min 594 çox müraciət edilmişdir. Bunlardan 67 min 444-nü bilavasitə mütəxəssislər cavablandırmışlar.
Müraciət və sorğuların təhlili göstərir ki, vergi ödəyicilərini daha çox gəlir vergisinin, sadələşdirilmiş verginin, ödəmə mənbəyində tutulan vergilərin, əlavə dəyər vergisinin ödənilməsi ilə bağlı hesablamaların aparılması, “bir pəncərə” prinsipi üzrə qeydiyyat və vergi uçotuna, hesabatların təqdim edilməsinə, e-bəyannaməyə dair məsələlər daha çox maraqlandırır. Nəzarət-kassa aparatları, mühasibat uçotu, cərimə, maliyyə sanksiyaları barədə suallar da çoxluq təşkil edir.
195 saylı telefon məlumat xidməti təkcə sorğuların cavablandırılmasını deyil, vergi qanunvericiliyinin pozulması və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barədə vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:16]
Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO
- 28.05.2026 [14:58]
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
- 28.05.2026 [13:47]
Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
- 28.05.2026 [12:05]
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub
- 28.05.2026 [09:57]
Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
- 28.05.2026 [09:54]
Dünya birjalarında neft bahalaşıb
- 28.05.2026 [09:34]