Vətən müharibəsində qazanılan Zəfərdən xalqımız qürur duyur – rəsədxanada tədbir
Bakı, 7 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib. Şamaxı Rayon İcra Hakimiyyəti və rəsədxana tərəfindən təşkil olunan tədbirdə müvafiq qurumların nümayəndələri, alimlər, əsgərlər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Vurğulanıb ki, Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyev ideyalarının əhəmiyyətindən danışıb, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib, Vətən müharibəsində qazanılan Böyük Zəfərdən xalqımızın qürur duyduğunu söyləyiblər.
Vurğulanıb ki, torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi daim ürəklərdə yaşayacaq.
Sonra Böyük Zəfərdən bəhs edən videoçarx nümayiş olunub.