Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin tarixini öyrənmək həmin günlərdə göstərilən cəsarəti və həmrəyliyi anlamaq deməkdir ŞƏRH

Vətən müharibəsinin tarixini öyrənmək həmin günlərdə göstərilən cəsarəti və həmrəyliyi anlamaq deməkdir  ŞƏRH

Bakı, 25 sentyabr, AZƏRTAC

Altı il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. Həmin Qələbə barədə danışarkən ilk növbədə onu mümkün edən insanları, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi xatırlayırıq. Anım Günü tarixə təkcə bir döyüşün başlandığı gün kimi deyil, həm də döyüşə gedən insanların xatirəsinə ehtiram günü kimi daxil olub. Bu gün ailəsinə dönməyən əsgəri, övladını itirən valideyni, atasının xatirəsi ilə böyüyən uşağı yada salırıq. Şəhidlərimizin hər birinin adı, ailəsi və yarımçıq qalmış arzuları var. Onların fədakarlığını müharibənin nəticələri ilə belə ifadə etmək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azad edilməsi uzun illər işğal altında qalmış torpaqlara qayıdışın yolunu açdı. Hər azad edilən şəhərin və kəndin arxasında isə döyüşçülərimizin göstərdiyi şücaət, şəhidlərimizin canı bahasına qazanılmış irəliləyiş dayanırdı. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü elan olundu. Sərəncamda bu qərarın ölkənin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hərbçilərimizə və bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğu vurğulanır. Bu tarix həm Vətən müharibəsinin, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda ondan əvvəl aparılmış mübarizənin şəhidlərini bir daha ehtiramla yad etmək üçün ümumxalq günüdür.

“Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında yaşayır. Onların adlarının məktəblərdə və küçələrdə yaşadılması, həyat hekayələrinin gələcək nəsillərə çatdırılması bu yaddaşın bir hissəsidir. Uşaqlar azad edilmiş Şuşaya, Füzuliyə və başqa yurdlarımıza səfər edərkən həmin torpaqların hansı fədakarlıq hesabına geri qaytarıldığını da bilməlidirlər. Çünki Vətən müharibəsinin tarixini öyrənmək hərbi əməliyyatları xronoloji ardıcıllıqla bilməklə kifayətlənmir, o günlərdə göstərilən cəsarəti və həmrəyliyi anlamaqdır.

Şəhidlərin ailələrinə qayğı da həmin ehtiramın davamıdır. Müharibədənsonrakı dövrdə mənzil təminatı, sosial ödənişlər, reabilitasiya və məşğulluq tədbirləri dövlətin bu istiqamətdə üzərinə düşən vəzifəni ardıcıl yerinə yetirdiyini göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il 18 sentyabr tarixli məlumatına görə, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 300-dən çox mənzil təqdim olunub. Nazirlik bu kateqoriyalara yönələn müavinət və təqaüdlərin orta hesabla iki dəfədən çox artırıldığını bildirir.

Qələbədən sonra dövlətin qarşısında dayanan digər böyük vəzifə şəhidlərimizin azad etdiyi torpaqlarda yaşayışın yenidən qurulması idi. Uzun illər ərzində dağıdılmış şəhər və kəndlərə qayıdış üçün yollar, elektrik və su şəbəkələri, məktəblər, xəstəxanalar, eləcə də iqtisadi fəaliyyət üçün şərait yaradılır. Bu işlərin mənası hər yeni yaşayış məntəqəsində daha aydın görünür: vaxtilə evini tərk etmək məcburiyyətində qalmış insanlar doğma yurdlarına qayıdırlar”, - deyə deputat əlavə edib.

Tahir Mirkişili vurğulayıb ki, bərpa işləri ilə şəhidlərin fədakarlığı arasında dərin mənəvi bağ var. Onlar torpaqlarımızın azadlığı üçün həyatlarını fəda etdilər: “Bu gün həmin torpaqlarda evlərin tikilməsi, məktəblərin açılması, ailələrin geri dönməsi uğrunda vuruşanların yaşadılması deməkdir. Şəhidlərin əmanətinə sahib çıxmaq onların ailələrini qorumaqla və azad etdikləri torpaqlarda həyatı davam etdirməklə mümkündür.

Heç bir rəqəm bir şəhidin həyatının dəyərini ifadə edə bilməz. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin əziz xatirəsi qarşısında baş əyirik. Qazilərimizin şücaətini minnətdarlıqla xatırlayır, şəhid ailələrinin kədərini bölüşürük. Bu gün azad torpaqlarımızda yenidən qurulan həyatın təməlində onların fədakarlığı dayanır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO