VƏTƏNDAŞLARDAN NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Həşimovdan 0,682 qram heroin götürülmüşdür. İ.Həşimova narkotik vasitəni satmış Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Bağırov tutulmuşdur.
Yasamal Rayon Polis İdarəsinin işçiləri Rövşən Xankişiyevdən 0,286 qram, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Elsevər Baxışovdan 1,791 qram heroin, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları isə əvvəllər məhkum olunmuş Elşən Həsənovdan 1,16 qram tiryək müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]