VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Biləcəri qəsəbə sakini Elşən Kərimovdan 0,247 qram, Rauf Axundovdan isə 0,225 qram heroin götürmüşlər.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Cabbarovdan 0,261 qram, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Təvəkkül Əliyevdən 0,785 qram heroin, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Hənifə kənd sakini Məhəmməd Qazıyevin evinə baxış zamanı 250 qram marixuana götürmüşlər.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Zakir Məmmədovdan 0,326 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış həmyerlisi Elsevər Quliyev tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,564 qram heroin aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]