VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Baş Mühafizə İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Fuad Cümşüdovdan 0,206 qram, Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsinin əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Quliyevdən 0,321 qram heroin götürmüşlər.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Mustafağalı kənd sakini Samir Səfərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1,65 kiloqram olan 14 ədəd çətənə kolu, evinə baxış zamanı isə 475 qram marixuana aşkarlamışlar.
Əzizbəyov rayonunun Şağan qəsəbə sakini Nina Məmmədova Mərdəkan qəsəbəsində yaşayan Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Alixan Ersamirzəyevdən aldığı 0,619 qram heroini könüllü olaraq 1-ci polis bölməsinə təhvil vermişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]