“Vətəni tanı” ümumrespublika kampaniyası çərçivəsində növbəti seçim turu Daşkəsəndə keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) “Vətəni tanı” ümumrespublika kampaniyası çərçivəsində növbəti seçim turu Daşkəsəndə keçirilmişdir. Kampaniyanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün tanıdılması, gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, ölkəmizin xəritəsinin daha dərindən mənimsənilməsinə nail olmaqdır.
GTMŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Daşkəsən şəhəri İ.Nəsimi adına 1 saylı şəhər orta məktəbində təşkil olunmuş seçim turunun açılış mərasimində kampaniyanın əlaqələndiricisi Natiq Nəsirov, rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev, Milli Şuranın katibliyinin üzvləri iştirak etmişlər.
Açılış mərasimində N.Verdiyev layihənin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bütün regionları əhatə edən bu layihə gənclərin coğrafi biliklərinin artırılmasında da mühüm rola malikdir. Layihə gənclərdə müqəddəs Vətənə böyük hörmət və inam aşılayır, onları vahid əqidə ətrafında birləşdirir. Əsas hədəflərdən biri də işğal altında olan ərazilərimizin tanıdılmasıdır.
Qeyd edək ki, həm elektron, həm də keçməcəli xəritələr üzərində özlərini sınayan 180 nəfər daşkəsənli məktəblidən 2-si respublika turuna vəsiqə qazanmışdır. Xəritə üzərində olan bilik yarışmasında hələ ki, bütün respublika üzrə ən tez nəticəni Daşkəsən məktəblisi (5 dəqiqə 35 saniyə ərzində) əldə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]