Vinisius Junior üç həftə oynamayacaq
Bakı, 25 noyabr, AZƏRTAC
İspaniya La Liqasının XIV turunda “Leqanes”lə səfər oyununda (3:0) zədələnən “Real Madrid”in futbolçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bud nahiyəsindən xəsarət alan braziliyalı hücumçu təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm “kral klubu”nun heyətində 18 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [19:04]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib
- 31.10.2026 [15:19]
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq
- 31.10.2026 [13:05]
Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək
- 31.10.2026 [12:37]
AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 30.10.2026 [20:55]