Virtual Formula 1 yarışlarını 30 milyondan çox avtoidman həvəskarı izləyib
Bakı, 20 iyun, AZƏRTAC
Formula 1 şirkəti pandemiya dövründə təşkil edilən virtual Qran-prilərin statistikasını dərc edib.
AZƏRTAC xəbər verir ki, yarışları 30 milyondan çox avtoidman həvəskarı izləyib. Mövsüm ərzində 8 Qran-Pri təşkil edilib.
Azarkeşlərin 22 milyona qədəri yarışları “YouTube”, “Twich” və “Facebook” səhifəsində, 5 milyonu isə televizorda izləyib. 2,7 milyon nəfər isə Qran-Prinin gedişi ilə Şarl Lekler, Lando Norris, Aleks Albon və Corc Rassellin şəxsi portalları vasitəsilə tanış olub.
Xatırladaq ki, virtual yarışlar arasında Azərbaycan Qran-Prisi də yer alıb. Yarışlarda, həmçinin məşhur futbolçular da iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]