Virusoloq: “Deltakron” patogenin sonrakı inkişafı deyil, onun bir addım geriləməsidir
Bakı, 14 mart, AZƏRTAC
“Delta” və “omikron” ştamlarının qarışığı olan koronavirusun hibrid variantı dünyada yayılır, lakin hələ ki, narahatlıq üçün səbəb deyil. Vaxtında “delta” ştamı, ölüm halları ilə bağlı çox əhəmiyyətli göstəricilərə səbəb olaraq, planetdə koronavirusun ən ağır dalğasına gətirib çıxardı. “Delta” ştamını əvəzləyən “omikron” ştamı yoluxma qabiliyyəti nöqteyi-nəzərdən ən güclü, lakin, eyni zamanda da koronavirusun gedişinə görə yumşaq oldu. Daha sonra bu iki ştam öz aralarında birləşərək, son günlər müzakirələrə səbəb olunan həmin o hibrid “deltakron”u yaratdılar.
AZƏRTAC-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu supermutant Fransa, Niderland və Danimarkada aşkar edilib. Mutantın yayılmasını müşahidə edən Böyük Britaniya səhiyyə sisteminin rəhbərləri bütün ölkə ərazisində bu günə kimi cəmi 32 yoluxma halı aşkar ediblər. Bu hibridin insanlar arasında yayılmasına qadir olduğunu nümayiş etdirdiyinə baxmayaraq, ekspertlərin fikrincə, o çətin ki, həddən artıq təhlükəli olsun və "omikron"u əvəzləsin.
Misal üçün, Ridinq Universitetindən virusoloq, professor Yan Cons ehtimal edir ki, bu hibridin dominant "omikron”u necə üstələyə biləcəyini təsəvvür etmək kifayət qədər çətindir. Bu ştam “delta” ştamını əvəz edib, “deltakron” isə patogenin sonrakı inkişafı deyil, onun bir adım geriləməsidir. Başqa sözlə, bu əks mutasiyadır və o heç bir halda üstün ola bilməz.